Prezident Cənab İlham Əliyev Oktyabrın 7-də İtaliyanın “La Respublica” qəzetinə müsahibəsində bəzi yadda qalan siyasi məqamlara toxunmuşdur.
İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının Prezident Cənab İlham Əliyevin və Azərbaycan əsgərinin sayəsində qazandığı Zəfər ölkəmizin dünyanın siyasi fikir mərkəzlərinin, dünyanın ən nüfuzlu informasiya agentliklərinin diqqətini cəlb etmişdir.
Prezident Cənab İlham Əliyev İtaliyanın nüfuzlu “ La Respublika” qəzetinə müsahibə təqdim edərkən bu müsahibədə Prezident Cənab İlham Əliyev olduqca diqqəti cəlb edən məqamlara toxunmuşdur.
Prezident Cənab İlham Əliyev müsahibəsində bildirmişdir ki, “Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda bizim Qarabağ bölgəsinə yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən bəzi məsələlər qalmaqdadır".Həmçinin bu müsahibədə Azərbaycan dövlətinə daim dost və tərəfdaş olan İtaliya dövləti ilə əlaqələrin olması bizim öz seçimimizin olduğunu Prezident İlham Əliyev qeyd etmişdir.
Prezident Cənab İlham Əliyev qeyd etmişdir ki “ İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtalıyadır. Bu təsadüfi deyil.Bu bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidən qurma lahiyələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə İtaliyan şirkəti artıq müxtəlif lahiyələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir “.
Regionda baş verən siyasi prosessləri tam peşəkarlıqla analiz edərək mövqeyini bildirən Dövlət Başçımız, kənadrdan bizə qarşı qarayaxma aparmağa cəhd edənləri kəskin tənqid edərək burada qətiyyətlə Prezident İ.Əliyev açıqlam verir ki, “Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil.Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfindən verilir “.
Həmişə olduğu kimi müdrikliyi uzaqgörənliyi ilə seçilən siyasi ənənələrə sadiq Prezident Cənab İlham Əliyevin müsahibəsi 44 günlük Vətən müharibəsindən ötən bir il ərzində regionda baş verən siyasi hadisələrə Azərbaycan xalqının milli maraqlarını müdafiə edərək siyasi iradəsinə hər zaman olduğu kimi sadiq qalaraq açıq aşkar Prezident Cənab İlham Əliyev öz mövqeyini bildirir “Biz Azərbaycanda çox işlər görürük . Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər.İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etmək istəyirlər. Mən isə deyirəm : Yox ! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm.Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur “.
Həqiqətən səmimiyyətlə gerçəklikləri bildirən Prezident Cənab İlham Əliyev müsahibədə suallara dolğun cavab verərək , bu gün Ölkəmizdə görülən, görüləcək işlərdən söz açaraq , dünyada nüfuzlu bir qəzetə yadda qalan bir müsahibə təqdim etmişdir. Aydın Əliyev, Xocalı rayon Qaragav kənd sakini